Çox təsirli və ibrətamiz hekayə (oxumadan keçməyin)
Evləndiyi gündən bəri evində olan atası üzündən həyat yoldaşı ilə tez – tez dalaşırdılar. Arvadı atasını istəmir və bu evdə artıq olduğunu fikirləşirdi. Davalar bəzən inanılmaz vəziyyətlərə gətirib çıxarırdı. Yenə belə bir dava vaxtı arvad bütün ipləri qırdı və “Ya mən gedərəm, ya da atan bu evdə qalmayacaq” bir qərar ver dedi. Ər arvadını itirmək istəmirdi. Atası üzündən çıxan davalar olmasaydı xoşbəxt bir ailəsi, sevdiyi və onu sevən bir həyat yoldaşı və bir də uşaqları vardı. Sevdiyi ilə evlənmək üçün çox mücadələ etmişdi. Ailəsini razı salmaq üçün çox çalışmışdı və çox problemlərlə qarşılaşmışdı. Hələ də onu dəlicəsinə sevirdi. Çarəsizlik içində nə edəcəyini fikirləşdi və ağlına bir fikir gəldi. İllər əvvəl ovçuluqla məşğul olduğu zamanlarda, dağ başında bir daxma tikmişdi. Atasını həmin o daxmaya aparmaq qərarına gəldi. Həftədə bir gedəcək və nəyə ehtiyacı varsa aparacaq və beləliklə də arvadıyla da belə bir problemlər yaşamayacaq. Atasına lazım olacaq bütün əşyaları hazırladıqdan sonra, yataq xəstəsi olan atasını yatağından qaldırdı və qucağında maşına apardı. Oğlu Mehman - “Ata mən də səninlə getmək istəyirəm” deyə əl çəkmədiyi üçün, onu da maşına mindirdi və birlikdə yola düşdülər. Qış olduğu üçün, hava çox şaxta idi. Qar və çovğun üzündən yolu çətinliklə görürdülər. Balaca Mehman tez – tez atasına “ata hara gedirik?”deyə soruşur ama cavab eşitmirdi. Digər tərəfdə: haraya aparıldığını başa düşən yaşlı atası isə gizli – gizli göz yaşı tökürdü, ama oğlu və nəvəsinə hiss etdirməməyə çalışırdı. Saatlar sonra çətinliklə də olsa dağdakı evə çatdılar. Çoxdandır bura gəlmirdi. Taxtadan tikilən damxa artıq çürüməyə başlamışdı. Tavandan sular axırdı. Daxmanın bir tərəfini təmizlədi və atası üçün gətirdiyi yorğan döşəyi təmizlədiyi yerə sərdi. Sonra digər lazım olan əşyaları yerləşdirdi. Hər şeyi yerləşdirdikdən sonra atasını qucağına alıb yerdə hazırladığı yatağa gətirdi. Ora çox soyuq idi, elə bil fırtına qopurdu içəridə. Çarəsizlik içində atasına baxdı. İndidən üşüməyə başlamışdı. Sabah yenə gələr bir neçə yorğan gətirərəm deyə fikirləşdi. Elə kədərli idi ki, dünya başına yıxılırdı elə bil. O, bu duyğular içindəykən atası, ürəyinə bıçaq vurulmuş kimiydi. İllərcə əmək verdiyi oğlu tərəfindən bir daxmaya atılırdı. Qüruru incinmişdi, içi yanırdı ama bildirməməyə çalışırdı. Balaca Mehman isə baş verənləri başa düşmürdü. Ama babasından ayrılacaq olmasının vermiş olduğu kədərlə sadəcə baxırdı. Artıq getmək vaxtı idi. Atasının yatağına əyildi, dəfələrlə üzündən və əllərindən öpdü. Məni bağışla deyirmiş kimi qucaqladı, iylədi. Artıq ikisi də özlərinə hakim ola bilmir və hıçqıra – hıçqıra ağlayırdılar. Buna məcburam deyirmiş kimi baxdı atasının üzünə və Mehmanın əlindən tutub sürətlə daxmadan çıxdı. Maşına mindi. Mehman yola çıxdıqda ağlamağa başladı, niyə babamı o soyuq yerdə buraxdın deyə. Verəcək heç bir cavab tapa bilmirdi, anan belə istəyir deyə bilmirdi. Mehman:”Ata sən qocalanda mən də səni buramı gətirəcəm?” deyə soruşduğunda dünyası başına yıxıldı. O sualı eşitdiyi vaxtda dəlilər kimi maşını geri çevirdi. Daxmaya çatdıqda “Məni bağışla ata” deyərək atasının boynuna sarıldı. Ata oğul bərk – bərk qucaqlaşıb uşaqlar kimi hıçqıra – hıçqıra ağlayırdılar. Oğul: “Ata məni bağışla! Sənə bu cür davrandığım üçün məni bağışla” deyə səhvini başa düşdüyünü dilə gətirirdi. Atası oğlunun bu sözlərinə ən mənalı cavabı verdi….. - "Geri gələcəyini bilirdim oğlum.Mən atamı dağ başına atmamışdım ki, sən də məni atasan.... Məni bu dağda qoyub getməyəcəyini bilirdim."
Gəlin hər birimiz öz valideynlərimizin qədrini bilək!
@[144421405600321:0:
Xoşunuza gəldisə əməyə hörmət "bəyəndim" edin və paylaşın ki, dostlarınız da oxusun(Kənan)]
O amor tudo sofre, tudo crê, tudo espera!
Photoshop 100% analógico.
O melhor wallpapper que você já usou ; )
Vimos no @serdesignere
1946-ci dekabrın 17-də (26 Azər), yəni 63 il bundan öncə Güney Azərbaycan Milli Hökuməti xarici himayədarlarının köməyilə fars şovinistləri tərəfindən devrildi. Həmin vaxt 60 min soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib. Eyni zamanda fars şovinistləri bir il müddətində çap olunmuş Azərbaycan türkcəsindəki bütün kitabları meydanda tonqal qalayaraq yandırıblar.
Hətta buna etiraz edən müəllimlərin də tonqala atıldığı bildirilir. Ona görə də 26 Azər günü Güney Azərbaycanda Kitab Günü kimi qeyd olunur. Həmin gün yeniyetmələr və uşaqlara ana dilində hazırlanmış kitablar və təbrik kartları veriləcək. Vaxtilə fars şovinistlərinin Azərbaycan türkcəsindəki kitabları yandırmasını görkəmli şairimiz Səməd Vurğun belə nəzmə çəkib:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Yandırdığın o kitablar alovlanır...Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var...
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?
Söylə, sənmi xor baxırsan mənim şer dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli,
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Hər ürəyin öz dünyası bir səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!
Nədir o dar ağacları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!...Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de, qırırsan fədailər nəslini?
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!
Zaman gəlir...mən duyuram onun ayaq səsini;
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!...
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərin qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Sür atını, dördnala çap! Meydan sənindir...ancaq
Mən görürəm al geyinib gələn bahar fəslini...
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini!
" SƏMƏD VURĞUN "
Absurdo... Será que o dono(a) desse quarto .é normal? Kkkkkkkk
Молитва о замужестве и личной жизни. Молитва от одиночества. Как избавится от одиночества? | Всемирн
jesus.com.ua
Молитва - это разговор с Богом. Молитва - это основание отношений с Богом. Мой Господь я прошу Тебя избавить меня от одиночества, пошли мне идеальную жену (идеального мужа) и научи меня правильно относиться к ней (к нему).
Sale off 150k-->125k
CÁCH THỨC MUA HÀNG:
♥ Toàn bộ là hàng có sẵn, hình thật do shop chụp nha. shop mình chỉ bán online nên b có thể đến coi hàng tại 563 Lê Quang Đinh F1 Gò Vấp TPHCM
( khi đến nhớ liên lạc trước)
♥ Các b gọi trực tiếp để dc mua hàng nhanh nhất: 001656190167 (Hà)
♥ Ship: mình free ship ở 1 số nơi ở Gò Vấp, Bình Thạnh, Phú Nhuận, Tân Bình, Quận 1 và những nơi mình có thể free
♥ Các bạn ở ngoài khu vực TP.HCM chuyển khoản theo số tk này nhé :
---Techcombank 9704 0788 0403 6644 Nguyễn Thị Ngọc Hà
Sau khi nhận được tiền mình lập tức chuyển hàng cho các bạn, chuyển phát nhanh trễ nhất là 3 ngày có hàng nha
♥ Gía mình bán fix rùi, rẻ hơn các shop rất nhìu nên các bạn vui lòng đừng mặc cả....tks
CÁCH THỨC MUA HÀNG:
♥ Toàn bộ là hàng có sẵn, hình thật do shop chụp nha. shop mình chỉ bán online nên b có thể đến coi hàng tại 563 Lê Quang Đinh F1 Gò Vấp TPHCM
( khi đến nhớ liên lạc trước)
♥ Các b gọi trực tiếp để dc mua hàng nhanh nhất: 001656190167 (Hà)
♥ Ship: mình free ship ở 1 số nơi ở Gò Vấp, Bình Thạnh, Phú Nhuận, Tân Bình, Quận 1 và những nơi mình có thể free
♥ Các bạn ở ngoài khu vực TP.HCM chuyển khoản theo số tk này nhé :
---Techcombank 9704 0788 0403 6644 Nguyễn Thị Ngọc Hà
Sau khi nhận được tiền mình lập tức chuyển hàng cho các bạn, chuyển phát nhanh trễ nhất là 3 ngày có hàng nha
♥ Gía mình bán fix rùi, rẻ hơn các shop rất nhìu nên các bạn vui lòng đừng mặc cả....tks
No comments:
Post a Comment